Qərb BMT Təhlükəsizlik Şurasında Rusiyanın qətnamə layihəsini qəbul etməsinə mane olmaqla, kosmosun hərbiləşdirilməsini davam etdirmək niyyətini təsdiqləyib.
Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası kosmosda silahlanma yarışının qarşısının alınması ilə bağlı Rusiyanın qətnamə layihəsini qəbul etməyib.