Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2023/2024 mövsümünün 37-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
Üç qolun qeydə alındığı “Salernitana” – “Verona” matçında qonaqlar qələbə qazanıblar.
Altı qolluq “Bolonya” – “Yuventus” matçında isə qalib müəyyənləşməyib. Turin təmsilçisinin 0:3 hesabıyla məğlub durumda olarkən səfərdən 1 xalla qayıtması xüsusi vurğulana bilər.
Beləliklə, A Seriyasında 2023/2024 mövsümünün sonuna 1 tur qalmış “İnter” 93 xalla əlçatmaz liderdir. “Milan” 74 xalla 2-ci pillədə qərarlaşıbsa, “Bolonya” və “Yuventus”un 68 xalı var. “Atalanta” 66 xalla 5-ci, “Roma” 63 xall 6-cı, “Latsio” 60 xalla 7-ci, “Fiorentina” 54 xalla 8-ci, “Torino” 53 xalla 9-cu, “Napoli” 52 xalla 10-cudur.
İtaliya, A Seriyası
37-ci tur
17 may
Fiorentina – Napoli 2:2
Qollar: Biraqi, 40. Nzola, 42 – Rahmani, 8. Kvaratsxeliya, 57.
18 may
Leççe – Atalanta 0:2
Qollar: De Ketelare, 48. Skamakka, 53.
Torino – Milan 3:1
Qollar: Sapata, 26. İliç, 40. R.Rodriqes, 46 – Bennaser, 55-pen.
19 may
Sassuolo – Kalyari 0:2
Qollar: Prati, 71. Lapadula, 90+1-pen.
Montsa – Frozinone 0:1
Qol: Şeddira, 9.
Udineze – Empoli 1:1
Qollar: Samardziç, 90+14-pen – Nyanq, 90-pen.
İnter – Latsio 1:1
Qollar: Dumfris, 87 – Kamada, 32.
Roma – Cenoa 1:0
Qol: Lukaku, 79.
20 may
Salernitana – Verona 1:2
Qollar: Macciore, 90 – Suslov, 22. Folorunşo, 45+3.
Bolonya – Yuventus 3:3
Qollar: Kalafiori, 2; 53. Kastro, 11 – Kyeza, 76. Milik, 83. K.Yıldız, 84.