AZ

Azərbaycan klubunun baş məşqçisi: "Məni ən çox əsəbiləşdirən budur "

"Bu matçdakı qələbə haqqımız deyildi. Həqiqətən də mövsümün ən pis oyununu sərgilədik".

Sportinfo.az xəbər verir ki, bunu "Xəzri"nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasında "Sabah"a 63:94 hesabı ilə uduzduqları final seriyasının ikinci matçı barədə danışarkən deyib.

Mütəxəssis qarşılaşmada xarakter göstərə bilmədiklərini bildirib:

"Bu görüşdə konsentrasiya aşağı oldu. Sanki oyunçular pley-offda mübarizə apardıqlarını unutdular.

Çünki heç nəyə ilk oyunda yekun vurulmur. Hər zaman dediyim kimi pley-off seriyasında enişli-çıxışlı performans ola bilər.

İkinci matçda da bunu artıqlaması ilə yaşadıq. Məni ən çox əsəbiləşdirən də bu haldır".

Murat Dikmen basketbolçularından daha çox mübarizə gözlədiyini söyləyib:

"Yekunda qalib gəlmək və məğlub olmaq normal hadisələrdir. Artıq final seriyasının üçüncü qarşılaşmasına hazırlaşacağıq.

Ümid edirəm ki, bu dəfə göstərə bilmədiyimiz xarakteri üçüncü görüşdə ortaya qoyarıq".

Seçilən
170
5
sportinfo.az

10Mənbələr