AZ

Ukrayna daha bir rus gəmisini vurdu

Mayın 19-na keçən gecə Ukrayna hərbçiləri Sevastopolda Rusiyaya məxsus “Siklon” raket gəmisini vurub.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Sözügedən dəniz platforması yaxın dəniz zonasında idarə olunan raket silahları daşımaq üçün nəzərdə tutulub.

 

Rusiya hərbçiləri və hakimiyyət orqanları hücumla bağlı açıqlama verməyiblər.

 

Rusiyanın teleqram kanallarında mayın 19-na keçən gecə Siklonun dayandığı estakada üç ATACMS raketinin düşdüyü barədə xəbərlər yayılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
16
modern.az

10Mənbələr