AZ

TBMM-in nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Mayın 22-də ölkəmizdə səfərdə olanTürkiyə Böyük Millət Məclis (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə güllərdüzüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl" abidəsi ziyarət olunub.
Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub.
Ziyarət zamanı nümayəndə heyətini Milli MəclisAparatı rəhbərinin müavini Yaşar Əməşov və digər rəsmi şəxslər müşayiət ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
2
olaylar.az

5Mənbələr