AZ

Müğənninin oğlu hakimiyyəti ələ keçirməkdə ittiham edilir

Ermənistan İstintaq Komitəsi müğənni Spitaktsinin oğlu Hayko Hraçya Qevondyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə, Konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizlik üzrə cinayətlərin araşdırılması üzrə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, müxalif siyasi blokun nümayəndələrindən birinə yaxın olan Qevondyan ölkə liderinin daxili və xarici siyasəti ilə razılaşmayaraq, hələlik şəxsiyyəti məlum olmayan bir qrup şəxslə birlikdə hökumət, parlament və polisin binalarını ələ keçirməyi planlaşdırıb.

 Onlar mayın 26-da keçiriləcək mitinqdə bu işlərin həyata keçirilməsi variantını nəzərdə tutublar.

Lakin ondan asılı olmayan şəraitə görə Gevondyan planını həyata keçirə bilməyib, çünki onun planı Daxili İşlər Nazirliyi tərəfindən aşkar edilib.

Qeyd edək ki, İstintaq Komitəsinin yaydığı demək olar ki, bütün video kadrlarda Gevondyanın deputat Levon Koçaryanın (Ermənistanın ikinci prezidentinin oğlu) yanında dayandığı aydın görünür. 

 


Seçilən
111
13
news365.az

10Mənbələr