AZ

Gömrük Hospitalında təcrübə keçən tələbələr üçün təlim: “Xəstəxanadaxili infeksiyalarının qarşısının alınması” 

Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələri üçün Dövlət Gömrük Komitəsinin Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən hazırlanmış Təlim Fəaliyyət Planına uyğun olaraq növbəti təlim keçirilib.
 
Bu barədə Aztibb.az-a Hospitaldan verilib.
 
Təlim zamanı Mərkəzi Gömrük Hospitalının uzman həkim infeksionsti Mədinə Abdullayeva “Xəstəxanadaxili infeksiyalarının qarşısının alınması” mövzusunda təqdimatla çıxış edib.
 
Mədinə Abdullayeva təqdimat zamanı xəstəxanadaxili infeksiyaların yoluxma yolları və mübarizə tədbirləri haqqında ətraflı məlumat verib.
 
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 
Seçilən
64
1
aztibb.az

2Mənbələr