AZ

Əlikram Bayramovun xanım müğənniyə sevgi mesajı qalmaqal oldu - "Mənzurə mənim evimə gəlib-gedən adamdır"

"Mənim sevən vaxtım çoxdan keçib. Artıq qatarım gedib. Zarafatla bir söz demişəm, aləm dəyib bir-birinə". Bunu "Qaynarinfo"ya açıqlamasında müğənni Əlikram Bayramov həmkarı Mənzurə Musayevaya ünvanladığı "Səni sevirəm" mesajına aydınlıq gətirərkən deyib.

 
Sənətçi Mənzurə Musayeva ilə ailəli dost olduqlarını bildirib:
 
"Dostuq. Biz onlara, onlar da bizə gəlib-gedirlər. Qardaşı da yaxın dostumdur. Sevən vaxtım keçib. Mənim kiməsə mesaj yazan vaxtlarım deyil, nəvələrim var. Mənzurə mənim evimə gəlib-gedən adamdır".
 
Əlikram Bayramov həyat yoldaşına sadiq olduğunu qeyd edib:
 
"Bir sevgim olub, o da həyat yoldaşım".
 
Qeyd edək ki, müğənni Əlikram Bayramov verilişlərin birindən həmkarı Mənzurə Musayevaya mesaj göndərib. Müğənni həmkarını sevdiyini açıqlayıb:
 
"Mən Mənzurəni sevirəm. Nə var ki, burada? Sevgi azaddır".
Seçilən
34
7
yenilik.az

7Mənbələr