AZ

Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb

Fransa Prezidenti Emmanuel Makron Yeni Kaledoniyada seçki islahatını təxirə salıb. APA xəbər verir ki, Makron iğtişaşların baş verdiyi adaya səfərinin son günündə seçki islahatlarının məcburi həyata keçirilməyəcəyi vədini verib. "Mən söz vermişəm ki, bu islahat indiki kontekstdə zorla həyata keçirilməyəcək və dialoqun bərpasına imkan vermək üçün özümüzə bir neçə həftə vaxt veririk", - Makron deyib. Məlumata görə, müstəqillik tərəfdarı aborigen kanakların və Paris yönümlülərin liderləri ilə görüşdən sonra Makron arxipelaqda növbəti referenduma aparacaq yol xəritəsi təqdim edib. 270 min nəfərin yaşadığı adada 2018 və 2021-ci illərdə keçirilən müstəqillik referendumlarının nəticəsi "yox" olub.

Seçilən
181
9
bizimyol.info

10Mənbələr