Türkiyə kubokunda 2023/24 mövsümünün qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, finalda “Beşiktaş” və “Trabzonspor” üz-üzə gəlib.
İstanbul Atatürk Olimpiya stadionunda keçirilən qarşılaşmada 5 qol vurulub. Matç “Beşiktaş”ın qələbəsi ilə yekunlaşıb – 3:2.
Bununla da “qara qartallar” 3 illik fasilədən sonra yenidən Türkiyə kubokunun qalibi olublar. Ümumilikdə isə bu, “Beşiktaş”ın tarixində qazandığı 11-ci ölkə kubokudur.
Beşiktaş – Trabzonspor 3:2
Qollar: Raşid Gezzal, 45+3, Salih Uçan, 54. Əl Musrati, 90+4 - Pol Onuaçu, 13. Nikolas Pepe, 89.