AZ

Möhtəşəm 100 gün

Bakı .Trend:

Fevralın 14-də dövlətə və xalqa sədaqət andı içən cənabİlham Əliyevin növbəti müddət üçün prezidentlik fəaliyyətinəbaşlamasından 100 gün ötür. Yeni seçilmiş prezidentin fəaliyyətininilk 100 yüz gününün nəticələri isə onun dövlət rəhbəri kimimissiyasının qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsbedir. Bu qiymətləndirmə istər dövlət, istərsə də hökumət başçısınıngələcək fəaliyyətinin proqnozlaşdırılması ilə bağlı beynəlxalqprakitikada öz təsdiqini tapmış mühüm politoloji yanaşma hesabolunur.

Etimadın təcəssümü

Növbədənkənar prezident seçkiləri azad, ədalətli, şəffaf,demokratik meyarlar çərçivəsində keçirilməklə ölkəmizin tarixinənövbəti mühüm siyasi-tarixi hadisə kimi həkk olundu. Ən əsası buseçkidə möhtərəm İlham Əliyevin növbəti inamlı qələbəsi, ölkə üzrəsəsvermədə iştirak etmiş seçicilərin 92,12 faizinin səsiniqazanması Azərbaycan xalqının hazırki siyasi kursa, böyük HeydərƏliyev yoluna etimadının və sədaqətinin növbəti təcəssümünəçevrildi.

Növbədənkənar prezident seçkilərində Azərbaycan xalqınınseçimini müəyyən edən, bu seçimin təməlində dayanan olduqca mühümfundamental əsaslar var idi. Prezident cənab İlham Əliyevinrespublikamıza rəhbərliyinin nəticəsi kimi 2003-2023-cü illərdəyaranmış bu əsaslar zəncirvari şəkildə bir-birini tamamlayaraq,Azərbaycanın öz tarixinin ən qüdrətli dövləti səviyyəsinəyüksəlməsini şərtləndirib. Bu mənada olduqca qürurvericidir ki,artıq uzun illərdir beynəlxalq miqyasda Azərbaycanın adı çəkiləndəCənubi Qafqazda lider, dünyada söz sahibi kimi çıxış edən, qlobalməsələlərdə öz mövqeyi ilə fərqlənən, kosmik kluba daxil olan,tamamilə müstəqil siyasət yürüdən bir dövlət göz önündə canlanır.Bütün bu reallıqları təmin edən Prezident İlham Əliyev isə özəməlləri ilə xalqımızın qüruruna çevrilən siyasi liderdir, böyükşəxsiyyətdir.

Azərbaycan xalqı növbədənkənar seçkilərdə bu reallıqlara istinadetdi, əldə edilən bu kimi nailiyyətlərin davamına səs verdi. Buseçimi ilə xalqımız bir daha göstərdi ki, böyük Heydər Əliyevyoluna və İlham Əliyev siyasi kursuna heç bir alternativi qəbuletmir.

Möhtərəm İlham Əliyevin dövlətimiz və xalqımız qarşısında ənböyük tarixi xidməti isə əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzurunişğaldan azad edilməsi, Azərbaycan torpaqlarında XIX əsrinəvvəllərindən kök atmağa başlamış mənfur erməni separatizminə sonqoyulmasıdır. Vətən müharibəsindəki Zəfərimizin, bütün ərazilərimizüzərində milli suverenliyimizin müəllifi olan Prezident İlhamƏliyev bununla Ulu Öndər Heydər Əliyevin arzularını çin etdi, atavəsiyyətini layiqincə yerinə yetirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdə qətiyyəti,vətən övladlarımızın qanı və canı ilə qazandığımız bu zəfərlərAzərbaycanın yalnız müasir müstəqillik dövrünün deyil, bütündövlətçilik tarixinin olduqca möhtəşəm hadisələridir. Bunlarxalqımızın iki əsr idi ki, həyata keçməsinə çalışdığı arzularınınifadəsidir. Buna görə növbədənkənar prezident seçkisinin nəticəsitorpaqlarımızı işğaldan azad edilməsini və ərazi bütövlüyümüzünbərpasını təmin edən Müzəffər Ali Baş Komandan İlham ƏliyevəAzərbaycan xalqının sonsuz minnətdarlığının ifadəsi kimi dəyaddaşlara köçdü.

20 ilin uğur hesabatı və yeni dövrün yolxəritəsi

100 gün əvvəl - fevralın 14-də Milli Məclisdə keçirilən andiçməmərasimindən sonra isə dövlətimiz və xalqımız Prezident İlhamƏliyevin qətiyyətli və müdrik rəhbərliyi ilə tarixdən süzülüb gələndövlətçilik ənənələrimizə, milli-mənəvi dəyərlərimizə,müstəqilliyimizin buna qədərki, böyük Heydər Əliyevin ölkəmizərəhbərliyi dövründə əldə edilmiş möhtəşəm nailiyyətlərə, Vətənmüharibəsindəki Zəfərə və ərazilərimiz üzərində millisuverenliyimizin tam təmin olunduğu tarixi gerçəkliyə söykənərək,yeni inkişaf və yüksəliş mərhələsinə daxil oldu.

Prezident İlham Əliyevin Milli Məclisdə etdiyi çıxışı televiziyaekranlarından böyük qürur və fəxarət hissi ilə izlədik. CənabPrezidentin proqram xarakterli olan çıxışının məzmunu əhatəli idivə təsadüfi deyil ki, geniş siyasi-ictimai marağa səbəb oldu,xalqımızın tarixi baxışları, ölkəmizin bu günkü nailiyyətləri vəgələcək milli hədəfləri ilə vəhdət təşkil etdi.

Ən əsası, bu çıxış Müzəffər Ali Baş Komandanın ötən 20 illikfəaliyyətinin qədirbilən xalqımızın zəfər tarixində həmişəyaşayacaq uğur hesabatı idi. Hansı ki, bu hesabat 20 illik yüksəlişvə inkişaf mərhələsinin möhtəşəm nailiyyətlərini və tarixinin ənqüdrətli dövrünü yaşayan Azərbaycanın şərəf salnaməsini gözlərimizönündə bir daha canlandırdı. Cənab İlham Əliyevin «Biz bugün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq,Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq,Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!»sözləri ötən 20 illik dövrün bütün uğurlarının, xalqımızın uzunillərdən bəri arzu və istəklərinin ümumiləşdirilmiş möhtəşəmifadəsinə çevrildi.

Bu çıxış qeyd etdiyim kimi proqram xarakterli olmaqlaAzərbaycanın daxil olduğu yeni inkişaf və yüksəliş mərhələsinindüşünülmüş və əsaslandırılmış yol xəritəsi idi. Dövlətimizinbaşçısının hər bir fikri, hər bir cümləsi respublikamızın etibarlıgələcəyinə, xalqımızın firavanlığına və rifahına aydın və konkretnotlar üzərində baxış idi.

Dövlətimizin başçısının çıxışını dinlədikcə həm də görürdük ki,möhtərəm İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi dövlətimizi vəxalqımızın gələcəyə də qalibiyyət ruhunda aparır. Yəni qədəmqoyduğumuz yeni dövrdə əldə edəcəyimiz hər bir uğurun təməlində,kökündə Vətən müharibəsindəki zəfərimiz, erməni separatizminə sonqoymağımız dayanacaq. Prezident İlham Əliyevin qarşıya qoyduğudigər məsələlər də milli ruhla və dövlətçilik dəyərləri iləəlaqələndirildi. Bununla da tarixi dövlətçilik ənənələrimiz, millidəyərlərimiz, döyüş və Zəfər ruhumuz, qurub-yaratmaqpotensialımızdan ibarət yeni bir mərhələyə qədəm qoyuldu.

Böyük qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan bu yenidövrə bir zamanlar həlli hər birimizə müşükül görnən tarixiproblemlərimizi milli maraqlarımız çərçivəsində yoluna qoymuş, oötən 20 ilin zəngin inkişaf və yüksəliş təcrübəsi ilə güclənmiş,milli haqqını, qürurunu, ləyaqətini təmin etmiş şəkildə - başıucadaxil olur.

Sülhməramlılar Azərbaycan ərazilərini vaxtından tez tərketdilər

Prezident İlham Əliyevin yeni müddət üçün fəaliyyətinin ilk 100gününün ən mühüm hadisələrindən biri Rusiya sülhməramlıkontingentininin Azərbaycan ərazilərini tərk etməsidir. Məlumolduğu kimi 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanataəsasən bir vaxtlar separatçıların mövcud olduğu ərazilərimizdəRusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi.Bəyanata əsasən sülhməramlı kontingentinin qalma müddəti 5 il idi.Ötən il Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərininnəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna sonqoyulub, bütün ərazilərimiz üzərində milli suverenliyimiz təminedilib. Buna görə rus sülhməramlılarının Azərbaycan ərazilərindəqalmalarına da zərurət qalmamışdı və onlar vaxtından da tezölkəmizi tərk etdilər. Bu, həm də qalib ölkənin vətəndaşlarınınhaqlı gözləntisi idi.

Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini tərketməsi yeni tariximizin mühüm hadisələrindən biridir. Bu,Azərbaycanın milli mənafelərinin qorunması müstəvisində stratejiuğurumuz olmaqla, həm də onu göstərir ki, Qarabağ problemi tam həllolunub. Bu mənada sülhməramlıların Azərbaycanı vaxtından da teztərk etməsi bir daha Prezident İlham Əliyevin qətiyyətli vəstrateji baxımdan dərindən düşünülmüş olduqca uzaqgörən siyasətyürütdüyünü bir daha nümayiş etdirdi.

Bu proses həm də Ulu Öndər Heydər Əliyevin müdrikliyinəticəsində keçmiş sovet qoşunlarının 1992-ci ildə Naxçıvanı tərketməsini yadımıza saldı. Və bir daha əmin görürük ki, ümummilliliderimiz Heydər Əliyevin müəyyən etdiyi yol, Prezident İlhamƏliyevin həyata keçirdiyi alternativsiz siyasət millimaraqlarımızın ən etibarlı təminatçısıdır.

Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsidaxildə və xaricdə olan qaragüruhların, sapı özümüzdən olanbaltaların səsləndirdikləri cəfəng “proqnozlar”ın və iddiaların nəqədər çürük, əsassız olduğunu göstərdi, bunu səsləndirənlərinsiyasi savad və dünyagörüşünün kasadlığını, qərəzliliyini bir dahasübut etdi. Çünki onlar belə bir iddia irəli sürürdülər ki,Rusiya qoşunları daxil olduğu ərazilərdən çıxmır vəsülhməramlı kontingent Azərbaycan torpaqlarını da heç vaxt tərketməyəcək. Lakin Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyev qaragüruhçuların, Qərbdə mənzillənmiş «beşincikolon»un bütün əssasız iddialarını və arqumentlərini alt-üst etdi.Bu hadisə Qərb siyasi dairələrinin də regionla bağlı məkrliniyyətlərini gözlərində qoydu. Çünki sülhməramlıların Azərbaycanıtərk etməsindən sonra onların Rusiyanı «etibarsız müttəfiq»adlandırmaları ondan xəbər verdi ki, Qərb ərazilərimizdə rusqoşunlarının mövcudluğuna Azərbaycanla Rusiya arasında hər zamanböhran yarada biləcək məsələ kimi baxırmış.

4 qeyri-anklav kənd Azərbaycana qaytarıldı

Rusiya sülməramlı kontingentinin ölkəmizi tərk etməyəbaşlamasının ardınca Azərbaycan ictimaiyyəti daha bir xoş müjdəaldı. Belə ki, Azərbaycanla Ermənistan arasında aprelin 19-dakeçirilən dövlət sərhədinin delimitasiyası üzrə görüşdədelimitasiya prosesinin ilkin mərhələsində sərhəd xəttininayrı-ayrı hissələrinin keçmiş Sovetlər İttifaqı çərçivəsində onunsüqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmışrespublikalararası sərhədə uyğun olaraq Bağanıs Ayrım, AşağıƏskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasındabilavasitə keçməsini razılaşdırdılar. Bu o demək idi ki, hazırdaErmənistanın işğalı altında olan bu 4 qeyri-anklav kənd Azərbaycanaqaytarılır. Və hamı bilir ki, bu proseslər məhz qəhrəman xalqımızındünyaya bəxş etdiyi böyük sərkərdə, dünya lideri Prezident İlhamƏliyevin ölkəmizə ləyaqətlə rəhbərlik etməsi, xidmət göstərməsisayəsində baş verir.

Prezident İlham Əliyev hələ bu il may ayının 10-da yerliteleviziya kanallarına müsahibəsində bu barədə suala cavabındademişdi: «Bildiyiniz kimi, orada anklav və qeyri-anklavkəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kəndAzərbaycana qeyd-şərtsiz qaytarılmalıdır». Aprel ayındahəmin qeyri-anklav 4 kəndin işğaldan azad ediləcək Azərbaycanaqaytarılması barədə razılığın əldə olunması Prezident İlhamƏliyevin həmin müsahibədə ifadə etdiyi qətiyyətli mövqenin öztəsdiqini tapmasıdır.

Qazax rayonunun 4 kəndinin işğaldan azad edilməsi Vətənmüharibəsindəki zəfərin, ərazilərimizdə erməni separatizminə sonqoyulmasının məntiqi davamı kimi Azərbaycanın ərazi bütövlüyününbərpası istiqamətində qazanılan mühüm tarixi uğurdur. Və bu uğurunmüəllifi də məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Buqürurverici hadisə bir daha göstərdi ki, dövlətimizin başçısıAzərbaycanın, xalqımızın milli maraqları mövzusunda istənilənməsələdə qətiyyətli, dönməz və prinsipialdır.

Qayıdışın ünvanları sırasına Şuşa şəhəri və Sus kəndiəlavə olundu

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Azərbaycandövlətinin əsas milli hədəflərindən biri Qarabağ və ŞərqiZəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarınadönüşüdür. İşğaldan azad edilmiş ərazilərin bərpası isə hələ Vətənmüharibəsinin davam etdiyi günlərdən sonra başlayıb, ötən 3 ilyarım ərzində sürətlə davam etdirilib. Bu qısa dövrdə azad edilmişərizlərin yenidənqurulmasının miqyası həqiqətən heyrətamiz vəqürurvericidir.

Fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində Prezidentİlham Əliyev bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlərinqayıdacağını bəyan etdi: «Bizim planımız azad edilmiştorpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmişköçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planlarıhazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaatişləri başlamışdır. Biz Böyük Qayıdış proqramının birincimərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq».

Ötən 100 gün göstərdi ki, Qarabağ və Şərqi Zəngəzur Prezidentİlham Əliyevin böyük zəhməti, əzmi ilə sürətlə yenidən qurulur.Əgər 100 gün əvvələ qədər keçmiş məcburi köçkünlər Füzuli və Laçınşəhərlərinə, Zəngilanın Ağalı, Laçının Zabux, Tərtərin Talışkəndlərinə qayıtmışdılarlsa, artıq qayıdışın ünvanları sırasınaqeyrət qalamız olan Şuşa şəhəri və doğma Laçınımızın Sus kəndləridə əlavə olunub. Əgər 100 gün əvvələ qədər Qarabağ və ŞərqiZəngəzura 5,4 min nəfərə yaxın keçmiş məcburi köçkün qayıtmışdısa,bu gün doğma yurduna qayıdanların sayı 7 min nəfəri ötüb.

May ayının 18-də Prezident İlham Əliyevin və Birincivitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Cəbrayılrayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı kəndlərinin,Zəngilanın Mincivan qəsəbəsinin təməllərinin qoyulması, «Ağalı»hotelinin, «Zəngilan» və «Şayıflı» su elekrtik stansiyalarının,Zəngilan məscidinin istifadə verilməsi bir daha azad edilmişərazilərin bərpasının yüksək sürətlə davam etdirildiyinigöstərdi.

18 ölkənin dövlət və hökumət başçısı iləgörüş

100 günün təhlili Prezident İlham Əliyevin yürütdüyü mükəmməlxarici siyasət kursunun miqyasını da göstərir. Bu müddətdəPrezident İlham Əliyev 3 dövlətə səfər edib, 6 ölkənin prezidenti,5 ölkənin hökumət başçıçı Azərbaycana gəlib. Ümumilikdə bu dövrdəPrezident İlham Əliyev beynəlxalq tədbirlərdə keçirilən görüşlər dədaxil olmaqla 18 ölkənin dövlət və hökumət başçısı o cümlədən ABŞDövlət katibi, NATO-nun Baş katibi, ATƏT-in Baş katibi ilə görüşüb.Bu səfərlər və görüşlər ilk növbədə Azərbaycanın xarici siyasətininməzmunundan, bu siyasətin çoxvektorlu və müstəqil olmasından xəbərverir. Ən əsası Qərb siyasi dairələrinin respublikamıza qarşıqərəzli və məkrli siyasi fəaliyyətləri fonunda Prezident İlhamƏliyev öz uğurlu xarici siyasət kursu ilə 100 gündə Azərbaycanınmilli maraqlarını qətiyyətlə təmin edib.

Eyni zamanda bu görüşlərin hər biri Prezident İlham Əliyevə olanqlobal ehtiramdan xəbər verir. Fevral ayında andiçmə mərasimindənsonra 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçünAlmaniyanın Münxen şəhərinə səfər edən Prezident İlham Əliyevinburada keçirdiyi hər bir görüş göstərdi ki, Prezident İlham Əliyevbeynəlxalq miqyasda dərin ehtiramla qarşılanan siyasi liderdir.Münxen Təhlükəsizlik Konfransındakı görüşlərdən gəlinən başqa birqənaət bu oldu ki, Azərbaycan Prezidentinin hadisələrə baxışı,münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilənməqamlarındandır.

Eləcə də Azərbaycana səfər edən dövlət və hökumət başçılarınınPrezident İlham Əliyevlə bağlı fikirlərini xüsusi qeyd etməliyik.Məsələn, Bolqarıstan Prezidenti Rumen Radevin Bakıda mətbuataünvanladığı bəyanatda «Mən Prezident Əliyevlə yeddi ildənartıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylımüzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çoxgözəl bələdəm» deməsi, Slovakiyanın Baş naziri RobertFitsonun «Sizə açıq şəkildə deyə bilərəm ki, təkbətəkgörüşümüzdə müzakirələrimiz ölkəniz və Sizin haqqınızdadüşündüyümün təsdiqi oldu. Siz suveren xarici siyasətintərəfdarısınız. Siz beynəlxalq hüququ müdafiə edən şəxsiyyətsiniz.Siz praqmatik şəxsiyyətsiniz» sözləri, BelarusRespublikasının Prezidenti cənab Aleksandr Lukaşenkonun“Tanrıya şükürlər olsun ki,bu mürəkkəb regionda Prezidentİlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın timsalında olduqcagüclü, normal lider ölkə mövcuddur” sözləri isə Prezidentİlham Əliyevin şəxsiyyətinə, fəaliyyətinə, etibarlı tərəfdaşolmasına verilən ali qiymətlərin və qlobal miqyasdakı nüfuzununnövbəti təsdiqi oldu.

Bu dövrdə, tarixdə ilk dəfə olaraq qonşu İran İslamRespublikasının Prezidenti Azərbaycan-İran sərhəddinə gəlmiş,Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin”hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağınınaçılış mərasimi keçirilmiş, iki ölkə arasında bir çox razılaşmalarəldə olunmuşdur. Həmçinin Azərbaycana gələn Qazaxıstan, Qırğızıstanvə Belarus kimi dövlətlərin prezidentləri həm də işğaldan azadedilmiş ərazilərimizə səfər ediblər ki, bu da beynəlxalqictimaiyyətin Azərbaycanın Qarabağ zəfərini tam bölüşməsininnümayişi olmaqla yanaşı, Azərbaycanın haqq işinin qlobal müstəvidədaha böyük dəstək tapmasına edilən layiqli dost töhfələridir.

Dövləti sevməyin və Vətənə xidmətinnümunəsi

Prezident İlham Əliyevin fəaliyyətinin ötən 100 günüAzərbaycanın tək müasir müstəqillik deyil, bütün dövlətçiliktarixini şərəfləndirən olduqca möhtəşəm hadisələr və uğurlarlaəlamətdardır. Hansı ki, bu hadisələrin hər biri dövlətimizin vəxalqımızın milli maraq və mənafelərini qoruyub və qarşıya qoyulanvəzifələrin yerinə yetirildiyini təsdiq edib. 100 günü ərazibütövlüyümüzün bərpasından sonra respublikamızın qədəm qoyduğu yenidövrün ilk uğurlu mərhələsi də adlandıra bilərik.

Əlbəttə ki, bu mərhələdə Azərbaycanın Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti, Prezident İlham Əliyevin ənböyük siyasi silahdaşı Mehriban xanım Əliyevanın fəaliyyətini,respublikamızda əldə olunan nailyyətlərə verdiyi dəyərli töhfələrixüsusi qeyd etməliyik. Hörmətli Mehriban xanım Əliyevanın istərBirinci vitse-prezident, istərsə də Heydər Əliyev Fondununprezidenti kimi genişmiqyaslı siyasi-ictimai fəaliyyətininin hərbir məqamı müstəqil Azərbaycan dövlətini sevməyin və Vətənə, xalqaxidmətin ən mükəmməl nümunələridir.

İki həftə əvvəl yaranmasının 20-ci ili tamam olan Heydər ƏliyevFondunun çoxşaxəli fəaliyyətini Azərbaycan cəmiyyəti haqlı olaraqxanım Mehriban Əliyevanın vətənpərvərliyinin, öz xalqınınmilli-mədəni və mənəvi dəyərlərinə olan dərin bağlılığınıntəcəssümü kimi qəbul edir. Ulu Öndər Heydər Əliyevin ideyalarını,xeyirxah və müqəddəs əməllərini yaşatmaq üçün ötən 20 ildə Fondunsosial, mədəniyyət və humanitar sahələrdə həyata keçirdiyisaysız-hesabsız layihələr Prezident İlham Əliyevin müəyyən etdiyivəzifələrin yerinə yetirilməsində əvəzsiz rol oynayaraq,cəmiyyətimizdə yüksək əhval-ruhiyyəni, vətəndaş məmnuniyyətinitəmin edir. Mehriban xanım Əliyeva hər zaman köməyə, qayğıyaehtiyacı olanın dayağı olub, kimsəsizlərin, müxtəlif xəstəliklərdənəziyyət çəkənlərin ümid yeri olub. Zaman-zaman səhhətində problemyaranmış elm, mədəniyyət,incəsənət xadimlərinin ölkəmizdə vəxaricdə müalicəsinin həyata keçirilməsi, müxtəlif xəstəliklərdənəziyyət çəkən uşaqların yenidən sağlam həyata qayıdışı üçün BakıdaPsixonevroloji Uşaq Mərkəzinin, Talassemiya Mərkəzinin, Xüsusiqayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzinin, DaunSindromlu Uşaqların Reabilitasiya Mərkəzinin, Autizm SpektrPozuntulu Uşaqlar üçün Bərpa Mərkəzinin və onlarla müxtəlifxəstəxanaların inşası, 500-dən artıq orta məktəbin, uşaq evlərininbərpası ya yenidən qurulması xanım Mehriban Əliyevanın elmimizin,mədəniyyətimizin, milli genefondumuzun qorunmasına və inkişafınayönəlik fəaliyyətinin və vətənpərvərliyinin ayrıca nümunəsi vənümayişidir.

Azərbaycan muğam sənətinin, xalq musiqisinin qorunması,inkişafı, təbliği, mədəni-tarixi abidələrimizin bərpası, millidəyərlərimizin UNESCO-nun irs siyahısına salınması yönündəfəaliyyəti isə Mehriban Əliyevanın milli dəyərlərimizə dərinsevgisini göstərir. Mehriban Əliyeva yalnız milli mədəniyyətimizinfəal təbliğatçısı deyil, həm də onun əzmkar qoruyucusudur. Bütünbunlarla Mehriban Əliyeva maddi və mənəvi mədəni irsimizin əslsahiblərinin məhz xalqımız olduğunu dünyaya bəyan edir.

Son onilliklərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasıistiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi məzmunlu,tutumlu tədbirlər isə erməni yalanlarının ifşa edilməsində, Xocalısoyqırımının dünyada tanıdılmasında böyük rol oynamaqla, xaricisiyasətimizin daha böyük uğur qazanmasına xidmət edib. Bu işdəBirinci Xanım Mehriban Əliyevanın təşəbbüsləri hər bir azərbaycanlıüçün vətəni sevməyin əsl örnəyidir.

Son 3 il yarımda isə xalqımız Qarabağ və Şərqi Zəngəzurdaaparılan bərpa və yenidənqurma işlərinin timsalında xanım MehribanƏliyevanın böyük ürək sahibi olmasına, intəhasız vətən sevgisinəşahidlik edir. Heydər Əliyev Fondunun təşəbbüsləri ilə azad olunmuşərazilərimizə, xüsusən Şuşada tarixi və dini abidələrimizin bərpasıilə bağlı həyata keçirilən layihələr Mehriban Əliyevanın həm dəfəal, əsl vətəndaşlıq mövqeyinin ifadəsidir. Bu layihələr nəticəetibarilə azad olunmuş ərazilərimizin daha sürətli və keyfiyyətlibərpasına xidmət edir.

Ümumilikdə isə xanım Mehriban Əliyevanın Birinci vitse-prezidentvə Heydər Əliyev Fondunun prezidenti kimi məzmunlu və çoxşaxəlifəaliyyətinin hər bir istiqaməti Ulu Öndər Heydər Əliyevinideyalarının həyata vəsiqə almasına, möhtərəm Prezident İlhamƏliyevin qarşıya qoyduğu vəzifələrin daha böyük uğurlar qazanmasınaxidmət edir. Cənab İlham Əliyevin yeni müddətə prezidentliyininötən 100 gününün reallıqları da məhz Birinci Xanım MehribanƏliyevanın Azərbaycanın dövlət siyasətinə hərtərəfli layiqlitöhfələr verdiyini tam miqyası ilə təsdiq edir.

Naxçıvan inkişafında yeni mərhələ başlayıb

Prezident İlham Əliyevin yeni müddətə dövlət başçısı kimifəaliyyətinin ilk 100 gününün əsas göstəricilərindən biri dərespublikamızda sosial-iqtisadi inkişafının davamlı olması,makroiqtisadi göstəricilərin yüksəlməsidir. 2024-cü ilin ötəndövründə ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çoxümumi daxili məhsul istehsalın olunması respublikamızın inkişafıilə bağlı tam aydın təsəvvür yaradır.

Bu dövrdə Naxçıvan Muxtar Respublikasında da sosial-iqtisadisferada yeni nailiyyətlər əldə olunub, “Naxçıvan MuxtarRespublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illərüçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin yerinəyetirilməsi təmin edilib.

2024-cü ilin ötən dövründə Naxçıvanda sosial-iqtisadi sahədəəldə olunan bəzi müsbət nəticələrə diqqət yetirsək, təkcə bu ilinilk aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalınınhəcmi 200 milyon 800 min 700 manat və ya ötən ilin əvvəli iləmüqayisədə 2,7 faiz çox olması islahatların uğurlu nəticələrindənbiri kimi qiymətləndirilməlidir. Bu dövrdə əhalinin hər nəfərinədüşən ÜDM istehsalı 2 faiz artaraq 428,3 manata çatıb. Bundan başqailin əvvəlindən muxtar respublikada 91 milyon manatdan artıq sənayeməhsulu istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründəkigöstəricini 27 faiz üstələyir. Bu dövrdə nəqliyyat sektorunda yükvə sərnişin daşınması, pərakəndə ticarət dövriyyəsi, əşaliyəgöstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin eyni dövrü iləmüqayisədə əhəmiyyətli dərəcədə artıb ki, bütün bunlar müxtarrespublikanın həm də bütün digər sahələrində yeni inkişafmərhələsinin uğurlu olduğunu göstərir.

Təbii ki, dəyişikliklər yalnız iqtisadi deyil, digər sahələrdədə özünü göstərir. Görünən həm də odur ki, Naxçıvanda bütünistiqamətlərdə başlanan yeni islahatlar praktik şəkildə özünüdoğruldur və muxtar respublikanın davamlı inkişafını təmin edəndüzgün yol seçilib. Ən əsası Naxçıvan Muxtar RespublikasındaAzərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyininrəhbərliyi ilə burada qısa zamanda əldə edilmiş nailiyyətlər, hərbir yüksəliş nümunəsi təsdiq edir ki, Prezident İlham Əliyevinqarşıya qoyduğu tapşırıq və tövsiyələr Naxçıvanda vaxtında vəlayiqincə icra olunur.

COP29 Azərbaycanın dünyaya yeni təqdimatıolacaq

Qarşıdakı dövrdə Azərbaycanı milli prioritetlərin yerinəyetirilməsi ilə bağlı mühüm vəzifələr və həm də yeni nailiyyətlərgözləyir. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmişməcburi köçkünlərin doğma yurdlarına qayıdışı, sosial-iqtisadiinkişafın davamlılığının təmin edilməsi cənab İlham Əliyevinnövbəti prezidentlik müddətinin əsas hədəfləri olacaq.

Eyni zamanda onu da qeyd etməliyik ki, Azərbaycanın ötən dövrdəregionda aparıcı dövlətə, dünyada söz sahibinə çevrilməsi nəinkiqlobal mövqelərimizi gücləndirib, həm də respublikamıza qarşı olanqlobal ehtiram və etimadı artırıb. Azərbaycanın 2019-2023-cüillərdə BMT-dən sonra ikinci ən böyük təşkilat olan QoşulmamaHərəkatına sədrliyi də bu etimadın təzahürü idi.

Bu ilin noyabr ayında isə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyiüzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası(COP29) keçiriləcək. COP29 sıradan bir beynəlxalq tədbir deyil vəona evsahibliyi etmək dövlətin qlobal nüfuzu və mövqeyi ilə əlaqəliolan bir məsələdir. Bu baxımdan dünyanın ən böyük və mühümdövlətlərarası tədbirlərindən biri olan COP29-un Azərbaycandakeçirilməsi barədə qərarın qəbulu Prezident İlham Əliyevin növbətitəntənəli uğurudur. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz vəTəhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin ənböyük nailiyyətidir. Eyni zamanda, bu qərar Azərbaycana qarşıçirkin kampaniya aparan siyasi dairələrə və qaragüruhçu qüvvələrədə tutarlı cavabdır.

COP29 Azərbaycanın dünyaya yeni təqdimatı baxımından mühümsiyasi hadisə olacaq. Bu tədbirin Azərbaycanda keçirilməsiölkəmizin uğurlarını, inkişafını, Vətən müharibəsindəki zəfərimizibir daha dünyaya bəyan edəcək.

Yekunda qeyd etmək istərdim ki, beynəlxalq təcrübədə belə 100günlük müddət yeni seçilmiş prezidentin həm də özünü təsdiq etməsibaxımından mühüm siyasi qymətləndirmə hesab olunur. Lakin söhbətİlham Əliyev kimi liderlərdən gedirsə, belə dövlət başçılarınınözlərini təsdiq etməsinə qətiyyən ehtiyac yoxdur. Çünki cənab İlhamƏliyevin ötən 20 ildəki fəaliyyətinin nəinki hər prezidentlikmüddəti və ya hər ili, hər ayı, hər günü belə özünütəsdiqin ənmükəmməl nümunəsidir.

Seçilən
87
7
az.trend.az

8Mənbələr