AZ

Prezidentin xüsusi nümayəndəsi: Həkəri çayı üzərindəki SES-lər yaşıl enerjiyə böyük dəstəkdir

İşğal dövründə Ermənistan ordusu tərəfindən ərazilər tamamilə dağılıb, minalanıb. İnsanlar evlərindən didərgin salınıb.

Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov bildirib.

O deyib ki, bunlar artıq tarixdə qalıb:

“Artıq biz Laçın və digər işğaldan azad olunmuş ərazilərə sakinkərin geri qayıtmalarının şahidi oluruq. Ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə sakinlər mənzillərlə təmin olunur. Onlara evlərinin açarları təqdim olunur. Biz bunu mediadan da görürük. Laçın həm də möhtəşəm təbiətə malik ərazidir. Həkəri çayı yaşıl enerji üçün mümkün imkanlardan istifadəyə yararlıdır. Çayın üzərində su elektrik stansiyaları (SES) tikilməkdədir. Bu da yaşıl enerjiyə böyük dəstəkdir. Bu addımla həm də gələcəyimizi qorumuş oluruq”.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
9
visiontv.az

10Mənbələr