Bakı. Trend:
Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya OlimpiyaTəsnifat Turnirinə start verilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisininheyətində Şamil Əsgərov mübarizəyə qoşulub.
57 kq çəkidə qüvvəsini sınayan boksçumuz 1/32 final çərçivəsindəSinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Əsgərovun 4:1 (29:28,28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.
O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla(Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.
Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilətəmsil olunur.