AZ

İranla bu ölkə arasında gizli danışıqlar pozuldu - » AzadMedia.az



İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın gözlənilmədən ölümü ilə İranla ABŞ arasında gizli danışıqlar pozulub.

Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV bildirib.

Həmçinin bildirilib ki, Omanda keçirilən mühüm danışıqlar bazar günü bir neçə yüksək səviyyəli İran rəsmisinin həyatına son qoyan helikopter qəzasından sonra qəfil dayanıb.

Belə ki, ABŞ Prezidentİ Co Baydenin Yaxın Şərq üzrə baş müşaviri Brett Makqurk və İranın aparıcı müzakirəçisi Əli Baqeri Kəni yanvar ayından bəri ilk danışıqlarda irəliləyiş əldə ediblər.

Qeyd edək ki, Regional gərginliyin artması fonunda keçirilən müzakirələrdə bir sıra kritik məsələlər o cümlədən İsrail hökumətinin dəyişdirilməsində qarşılıqlı maraq, İsrailin Qəzzada hərbi əməliyyatlarına son qoyulması və münaqişənin Yaxın Şərqdə daha da yayılmasının qarşısının alınması kimi məsələlər müzakirə edilib.
Seçilən
53
9
azadmedia.az

10Mənbələr