AZ

Aşağı keyfiyyətli alkoqollu içkilərin satışının qarşısı alınacaq

Bakı. Trend:

Azərbaycanda alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlıicazə sistemi təkmilləşdirilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bugün keçirilən iclasında mazakirə edilən “Qida təhlükəsizliyihaqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişiklik layihəsində qeyd edilir ki, icazə sisteminintəkmilləşdirilməsi qeyd edilən sahədə fəaliyyət göstərən intizamlıvə peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə,daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına,istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınmahallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcudsahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına vəistehsal olunmuş məhsulların ixrac potensialının artırılmasınaxidmət edəcəkdir.

İstehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçücihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarınınistehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasınavə hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmətedir.

Alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı iləmüqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunanspirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyənedilməsi bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətlimalların dövriyyəsini, eləcə də kölgə iqtisadiyyatının həcminiməhdudlaşdıracaqdır.

Alkoqollu içki növü olan arağın istehsalına icazənin verilməsiüçün nəzərdə tutulan tələblərdən biri də illik minimum istehsalhəddinin müəyyən edilməsidir. Layihədə illik minimum istehsal həcmi100 min dekalitr olaraq müəyyən edilsə də, layihənin keçidmüddəalarında illik minimum istehsal həcminin bu həddə 2032-ci ilyanvarın 1-dək mərhələli şəkildə qaldırılması nəzərdə tutulur. Beləki, 2024-2025-ci illər üzrə illik minimum istehsal həcmi 20 mindekalitr olaraq müəyyən edilmişdir.

Aparılmış təhlillərə əsasən, son 3 illik dövr üzrə istehsalhəcmi 20 min dekalitrdən çox olan vergi ödəyicilərinin araq üzrəistehsal həcmləri ümumilikdə 1.434 min dekalitr təşkil etmişdir ki,bu da ölkə üzrə ümumi araq istehsalının 86%-ni təşkil edir.

Nəzərə alınmalıdır ki, illik minimum istehsal həcmi ilə bağlıoxşar təcrübə ölkə qanunvericiliyində əvvəllər də mövcud olmuşdur.Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4mart tarixli 33 nömrəli Qərarı ilə təsdiq edilmiş "AzərbaycanRespublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqolluiçkilərin və tütün məmulatının istehsalı üçün lisenziya verilməsiQaydaları"nda (Nazirlər Kabinetinin 6 oktyabr 2016-cı il tarixli385 nömrəli qərarı ilə ləğv edilmişdir) araq istehsalı ilə bağlılisenziyanın illik istehsal həcmi 200 min dekalitrdən az olmamaqşərtilə verilməsi tələbi mövcud olub.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
4
az.trend.az

4Mənbələr