AZ

Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı məşqləri keçirilib – FOTO/VİDEO

Bu ilin hazırlıq planına əsasən, Hərbi Polis İdarəsinin şəxsi heyəti ilə döyüş hazırlığı üzrə məşqlər keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, ölkəmizdə səfərdə olan Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Şalva Şenqelianın rəhbərlik etdiyi nümayəndə heyəti döyüş hazırlığı məşqlərini izləyib.

Əvvəlcə hərbi qulluqçulara Müdafiə Nazirliyi rəhbərliyinin tədris dövründə, xüsusilə azad edilmiş ərazilərdə, hərbi polis bölmələrinin komendant xidməti fəaliyyətinin daha keyfiyyətli təşkili və sayıqlığın artırılması, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı fəaliyyətə dair tələb və göstərişləri çatdırılıb. Döyüş hazırlığı məşqlərinə cəlb edilən hərbi polis bölmələri nəzarət-buraxılış məntəqələrində patrul xidmətinin təşkili, hərbi obyektlərin mühafizəsi, hərbi nəqliyyat vasitələrinin hərəkətinin istiqamətləndirilməsi, kolonların təhlükəsiz hərəkətinin təmin edilməsi barədə təlimatlandırılıb.

Sonra həyəcan siqnalı ilə qaldırılan şəxsi heyət kolonla təyin olunmuş məntəqələrə doğru hərəkət edib. Təlimin planına əsasən, terrorçuların zərərsizləşdirilməsi və əsir götürülmüş mülki vətəndaşların azad edilməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib. Təlimdə əsas diqqət döyüş əməliyyatları gedən ərazilərdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, əsir və girovların azad olunması, həmçinin hərbi əsirlərlə davranış zamanı fəaliyyətlərin Cenevrə Konvensiyalarının tələblərinə uyğun təkmilləşdirilməsinə yönəldilib.

Sonda döyüş hazırlığı məşqlərində fərqlənən bir qrup hərbi qulluqçu mükafatlandırılıb.

DOĞRU.AZ

image-17165340901124622173_1200x630 image-1716534090302223626_1200x630 image-17165340905296917022_1200x630 image-1716534090426126024_1200x630 image-17165340906316662108_1200x630 image-17165340905517928335_1200x630 image-17165340902171225594_1200x630 image-17165340902046311607_1200x630 image-17165340902030038186_1200x630

Seçilən
126
49
dogru.az

10Mənbələr