AZ

Mişustin: Birinci rübdə Rusiya ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artımı qeyri-kafidir

 Rusiya ilə Türkmənistan arasında ticarət dövriyyəsi kifayət qədər sürətlə artmır.

"Operativ Media" xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin bildirib.

"Ticarət-iqtisadi əməkdaşlığımızın artımı davam edir. 2024-cü ilin birinci rübündə bu göstərici 22 faizə çatıb ki, bu da təxminən 18 milyard rubl deməkdir və hesab edirəm ki, bu, kifayət deyil", - o deyib.

Mişustinin sözlərinə görə, Moskva və Aşqabad elmi-texniki, mədəni-humanitar sahələrin, eləcə də ticarət-iqtisadi əlaqələrin inkişafı üzərində daha çox işləməlidirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
50
operativmedia.az

10Mənbələr