AZ

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Firuddin Hacıyevlə vida mərasimi keçirilir

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Firuddin Nadir oğlu Hacıyevin meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonunun İnçə kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Firuddin Nadir oğlu Hacıyev 1972-ci il iyulun 18-də Göyçay rayonunun İnçə kəndində anadan olub. O, 1994-cü il aprelin 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

F.Hacıyev İnçə kənd qəbiristanlığında dəfn olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
14
report.az

10Mənbələr