İtaliya A Seriyasında 2023/2024-cü il mövsümünün ən yaxşı baş məşqçisi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bu ada “İnter”in çalışdırıcısı Simone İnzaqi layiq görülüb.
Qeyd edək ki, mütəxəssis cari mövsüm komanda ilə ölkə çempionu olub.
Milan təmsilçisi A Seriyasında 37 matçda 29 qələbə qazanıb, 6 heç-heçə edib və 2 məğlubiyyətlə üzləşib. Klub sona beş tur qalmış çempionluğu təmin edib.