AZ

Əmək pensiyalarının ödənilməsi xərcləri artırılır

Azərbaycanda əmək pensiyalarının ödənilməsi xərcləri 25 milyon manat artırılır. Olaylar xəbər verir ki, bu, "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, əmək pensiyalarının ödənilməsi xərcləri 0,4 % artılaraq 6 milyard 500 milyon manatdan 6 milyard 525 milyon manata çatdırılır.

Paralel olaraq Fondun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri də 30 milyon manat və yaxud 0,4 % artırılaraq 6 milyard 919,9 milyon manatdan 6 milyard 949,9 milyon manata çatdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
27
olaylar.az

10Mənbələr