Aşk-ı Memnu serialının əfsanəvi aktrisalarından Fatma Karanfilin vəziyyəti pisləşdiyi üçün intubasiya edilib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Aşk-ı Memnu" serialında Şayeste obrazını canlandıran aktrisa Fatma Karanfil bir müddətdir xərçəng xəstəliyindən müalicə alır.
Karanfil müalicə olunduğu Floryadakı xəstəxanada intubasiya edilib.
Həkimlər aktrisanın vəziyyətinin ağır olduğunu və onun tezliklə oyanmasının çətin olacağını bildiriblər.
7News.Az