AZ

Yeni baş məşqçinin adını nə vaxt elan edəcək? - Avropa nəhəngi

“Bayern” Vensan Kompanini nə vaxt rəsmi olaraq baş məşqçi təyin etmək istədiyinə qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyinin planı gələn bazar ertəsi Kompaninin təyinatını rəsmən elan etməkdir.

O da bildirilir ki, belçikalı mütəxəssisin “Bayern”in yeni baş məşqçisi kimi təqdimatı cümə axşamı baş tutacaq.

Daha əvvəl “Çelsi”nin də Kompani ilə maraqlandığı, lakin onun Münhen klubunda işləmək varianta üstünlük verdiyi bildirilmişdi.

Kompani “Bernli”ni əvvəlcə Çempionşipdən İngiltərə Premyer Liqasına qaytarsa ​​da, son mövsümdə komandanı elitada saxlaya bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
sportinfo.az

10Mənbələr