AZ

Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi

Ucar rayonu Qarabörk kənd tam orta məktəbinin direktoru Aysel Həmidovadan müəllimlər və valideynlər kütləvi şəkildə şikayət edir.

 

Oxu24.com xəbər verir  ki, bir qrup müəllim və valideyn məktəb direktorunun qanunsuz əməlləri barədə aidiyyatı qurumlara şikayət edib.

 

Saytın əldə etdiyi məlumata görə,məktəb direktoru Aysel Həmodova iclasların birində müəllimlərə qoyun deyib. Bu ifadədən sonra kollektiv arasında ciddi narazılıq yaranıb.Hətta müəllimlərdən vəziyyəti pisləşən olub.Məktəbə təcili yardım maşınları çağırılıb.

Məktəbdə bu cür halların tez-tez baş verməsi təhsilin səviyyəsini aşağı salıb.

 

Məlumata görə,2020-ci ilin sentyabrından sözügedən məktəbə direktor təyin edilən Aysel Həmidova müəllimlərdən pul yığılmasını tələb edirmiş.İş o yerə çatıb ki,direktorla müavini Məkkə Məmmədova arasında narazılıq yaranıb.

 

Kənd sakinlərinin saytımıza verdiyi məlumata görə,yeni direktor gəldikdən sonra məktəbdə özbaşnalıq halları artıb. Direktorun müəllimlərə qoyun dediyi məktəbin həyətində bu gün mal-qara otlayır.Saytımıza təqdim edilən fotolarda yeni istifadəyə verilmiş məktəbin bərbad hala salındığı görünür.

 

Oxu24.com məsələ ilə bağlı direktor Aysel Həmidova ilə əlaqə saxlayıb.

 

Məktəb direktoru bildirib ki,iddialar əsassızdır.O,əlavə açıqlama vermək istəmədiyini bildirib.

 

Miri Məcidli

 

Seçilən
163
1
oxu24.com

10Mənbələr