Hindistan paytaxtının şərqində özəl uşaq baxım mərkəzində baş verən yanğında yeddi yeni doğulmuş körpə ölüb.
News365.az report-a istinadən xəbər verir ki, bu barədə Yeni Dehli polisinin bəyanatında deyilir.
Fövqəladə vəziyyətlə bağlı zəngdən sonra hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib. Binanın birinci mərtəbəsindən 12 uşaq xilas edilib.
Xilasedicilərə yuxarı mərtəbələrdə olan daha yeddi yeni doğulmuş uşağı təxliyə etmək üçün daha çox vaxt lazım olub. Nəticədə uşaqlar xəstəxanaya çatdırıldıqdan sonra ölüblər.
Yanğının səbəbi müəyyən edilməyib. Faktla bağlı araşdırmalara başlanılıb. Uşaq mərkəzinin sahibinə qarşı cinayət iş açılıb.