AZ

Paşinyan hakimiyyətinin “ən qaranlıq” fiquru: Kəşfiyyatın əlində onun intim görüntüləri var?

Ermənistan xüsusi xidmət orqanları hələ ombudsman olarkən Kristin Qriqoryanın telefonunu dinləməyə cəhd ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşr qeyd edir ki, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri kimi Kristin Qriqoryan artıq bir ildir ki, bu postdadır və hakim komandanın “ən qaranlıq” fiqurlarından biri olaraq qalır.

Lakin məlum olur ki, Qriqoryan hələ hüquq müdafiəçisi postunda olarkən onun telefonunda dinləmə proqramlarının quraşdırıldığını aşkar edib. Sonra bunun onların işi olub-olmadığını öyrənmək üçün Milli Təhlükəsizlik Xidmətinə müraciət etdi.

Onlar müdaxiləni rədd ediblər. Lakin Qriqoryan hədələyib ki, o, səs-küy salmaq niyyətindədir, o cümlədən beynəlxalq strukturlarda. Bundan sonra SNB etiraf edib ki, “anlaşılmazlıq” olub və onun telefonunu dinləmək niyyətində deyillər.

Seçilən
152
50
publika.az

10Mənbələr