AZ

DİM-dən SAT imtahanı ilə ADA-ya qəbul olmaq istəyənlərə müraciət

ADA Universitetinin ixtisaslarının müsabiqəsinə beynəlxalq SAT imtahanı üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya TOEFL IBT üzrə minimum 75, ya PTE üzrə minimum 50 və ya Duolingo English Test üzrə minimum 95 balı olan abituriyentlər də buraxılacaqlar.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ingilis dili ilə bağlı tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya “ADA” Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. I və II qruplar üzrə ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 1200 bal toplayan, həmçinin ya IELTS Academic üzrə minimum 6.0, ya TOEFL IBT üzrə minimum 75 və ya Duolingo English Test üzrə minimum 105 balı olan abituriyentlər də buraxılacaqlar. İngilis dili ilə bağlı

tələb Azərbaycandan kənarda yerləşən ingilis dilli məktəblərin məzunlarına və ya ADA Universitetinin ingilis dili kurslarının müvafiq səviyyəsini müvəffəqiyyətlə bitirmiş abituriyentlərə şamil olunmur. “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “Elektrik və elektronika mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Riyaziyyat”, “Biznesin idarə edilməsi”, “İqtisadiyyat”, və “Maliyyə” ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin SAT imtahanından “Riyaziyyat” bölməsi üzrə ən azı 600 bal toplamaları tələb olunur. Qeyd olunan şərtləri ödəyən abituriyentlər müsabiqəyə buraxılmaları üçün aşağıdakı qaydada sənəd qəbulunda iştirak edirlər:

– Abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaq üçün martın 1-dən 15-dək aparılmış sənəd qəbulu müddətində “Abituriyentin elektron ərizəsi”ni doldurub təsdiq etdirmiş olmalıdırlar.

– İyunun 25-dək SAT imtahanının nəticəsini elektron şəkildə “College Board”-un saytı (https://www.collegeboard.org) vasitəsilə DİM-ə (kod 7876) və ADA Universitetinə (kod 7799) göndərirlər;

– Mayın 29-dan iyunun 25-dək SAT imtahanının və ingilis dili imtahanının nəticələri barədə məlumatı (skan edərək) elektron qaydada təqdim etməklə DİM-in internet saytı vasitəsilə qeydiyyatdan keçirlər;

-İyunun 25-dək ADA Universitetinin elektron ərizə formasını (www.ada.edu.az/apply) doldurur, ingilis dili imtahanının nəticəsini həmin ərizə formasına yükləyir və ADA Universitetinə elektron şəkildə göndərirlər.

ADA Universitetinə SAT imtahanlarının nəticələrinə əsasən qəbul olmaq istəyən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) imtahanından “məqbul” almaları, tam orta təhsil müəssisələrinin Azərbaycan bölməsini bitirən abituriyentlərin buraxılış imtahanında (qəbul imtahanının I mərhələsində) tədris dili (Azərbaycan dili) fənnindən 50 bal və yuxarı nəticə göstərməkləri tələb olunur.

ADA Universitetinin “Hüquqşünaslıq” ixtisasına SAT imtahanının nəticələrinə əsasən qəbul aparılmır.

Seçilən
234
8
azpost.info

9Mənbələr