Pakistan Milli Komandanlıq müşaviri general-leytenant Haid Əhməd Kidvai deyib ki, ölkə nüvə silahının ilk istifadə edilməməsi konsepsiyasına əməl etmir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
"Pakistanın nüvə silahından ilk istifadə etməmək siyasəti yoxdur. Dost və ya düşmən kimi heç kəsin şüurunda şübhə olmamalıdır ki, Pakistanın nüvə imkanlarından istifadə etməyə operativ hazırlığı hər bir Pakistan liderinə azadlıq, ləyaqət və cəsarət verir", deyə o, İslamabadda Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində Pakistanın 1998-ci ildə keçirdiyi nüvə sınaqlarının ildönümünə həsr olunmuş seminarda bildirib.
Nəşr qeyd edir ki, Milli Komandanlığın müşaviri bu barədə Hindistanda Pakistanın nüvə proqramı ilə bağlı daxili müzakirələrə cavab olaraq bildirib.
General Kidvai daha sonra bildirib ki, Hindistanın dinamik cavab strategiyası Pakistanın güclü nüvə imkanlarının Hindistanın strateji və əməliyyat imkanlarına qoyduğu məhdudiyyətlərin aydın əksidir və buna görə də Pakistanın strateji silahları, xüsusən də taktiki nüvə silahları sülh silahlarıdır.
Rəsmi olaraq, Pakistan və Hindistan nüvə silahının ilk dəfə istifadə edilməməsi doktrinasına riayət edirlər. Açıq mənbələrə görə, həm Pakistan, həm də Hindistanda 170-ə yaxın nüvə başlığı ola bilər.
Aydın