AZ

İsrail Misir vasitəsilə bizə bu mesajı göndərdi - İran

İsrail Suriyanın paytaxtı Dəməşqdəki İran səfirliyinə hücuma Tehranın cavabının qarşısını almaq üçün Misirin xarici işlər naziri vasitəsilə mesaj göndərmişdi.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri SEPAH-ın aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə Qum şəhərində professorlar və yüksək səviyyəli xarici rəsmilərin görüşündə deyib.

O vurğulayıb ki, İsrailin məqsədi İran hərbi komandirlərini öldürmək olsaydı, bunu Suriyadakı konsulluğundan kənarda edə bilərdi:

"İsrailin məqsədi oktyabrın 7-dəki məğlubiyyətini kompensasiya etmək üçün strateji qələbəyə nail olmaq idi".

General bildirib ki, İsrail İranın cavab verməyəcəyini güman edirdi, əvəzinə müqavimət qüvvələrinin (İran proksiləri - red.) hərəkətə keçməsini gözləyirdilər:

"Doğru vəd" əməliyyatı zamanı İranı hərbi potensialının 20%-ni səfərbər etmişdi. İsrailin raketdən müdafiə sistemləri böyük şəhərlərə yaxın olduqları üçün hücuma məruz qalmadılar və İsraillə müharibə davam etsəydi, İsraili məhv etmək çox vaxt aparmazdı".

Qeyd edək ki, İran birbaşa öz ərazisindən İsrailə 14 apreldə PUA və raketlərlə kütləvi hücum etmişdi./axar.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
180
15
bakivaxti.az

10Mənbələr