Bakı, 31 may, AZƏRTAC
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Mayın 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 2 tüfəng, 2 patron darağı və 6 patron təhvil götürüblər.