İslandiyanın cənub-qərbindəki vulkan lava püskürtməkdə davam edir.
525.az xəbər verir ki, partlayışlardan sonra uzunluğu 3,5 kilometrə çatan çatın əmələ gəldiyi vulkanın aktivliyində əvvəlki günlə müqayisədə azalma olsa da, lava axınının və püskürmələrin davam etdiyi müşahidə edilib.
Belə ki, İslandiyanın paytaxtı Reykyavikdən 50 kilometr uzaqlıqda yerləşən Qrindavik şəhərində elektrik enerjisinin kəsildiyi, bəzi yolların lava ilə örtüldüyü bildirilib.
Qeyd edək ki, Qrindavik meri Fannar Jonasson vəziyyətin yaxşılaşdığını söyləyib.
Məhəmməd Tağıyev
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta