AZ

Ötən gün 82 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 31-də ümumi çəkisi 82,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə "Operativ Media"ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 80,3 kiloqrama yaxın marixuana, 1,9 kiloqram heroin, 100 qram tiryək,  həmçinin 45 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Seçilən
161
3
operativmedia.az

10Mənbələr