AZ

“Tutulub, təhvil verildi. Bu da belə!” – Flora Kərimovadan Afət Telmanqızı ilə bağlı PAYLAŞIM

Uzun zamandır Xalq artisti Flora Kərimova ilə məhkəməlik olan müğənni Afət Fərmanqızı iyunun 3-də hakim qarşısına çıxacaq.

 

Sfera.az bizim.media-ya istinadən bildirir ki, bu barədə Flora Kərimova sosial şəbəkədə hesabında paylaşdığı postda məlumat verib.

 

F.Kərimova A.Fərmanqızının hava limanında saxlanılması ilə bağlı protokolu paylaşaraq bu sözləri yazıb:

 

“Tutulub, təhvil verildi. Bu da belə! Mənəviyyatı dayaz olanın vicdanının cəzası olmur. Onların cəzası tanrıları olan maddiyyatdır. Afət, təkziblərin nə qanunlardan, nə də polis və məhkəmə sənədlərindən üstün deyil. İyunun 3-ü saat 16:30-da gələrsən Binəqədi Rayon Məhkəməsinə və hakim qarşısında izahat verərsən. Çəkisini bilmədiyin sözü ağzından çıxanda düşünməli idin, nə deyirsən və kimə deyirsən. İndidən belə Ali Məhkəmə sədrinə müraciət etməyib, nazirliyin qapısında yatsan da xeyri olmayacaq.

 

Əxlaqın qədəri ilə törətdiyin cinayətin prosessual qaydalarından səni heç kim xilas edə bilməyəcək. Gələcəyini düşünürsənsə, toylarını oxu, başını dolandır. Sual olunsa belə, mənim adımı ağlından keçirmə. Və bir də kiçiklərini “Instagram”da, “TikTok”da qapına bağla, sənin əl-ayağına dolaşmasınlar. Qanunla hər kəlimənin hesabını məhkəmə qarşısında verəcəksən. Layiq olmadığın mərhəməti isə məndən gözləmə”.

 

Qeyd edək ki, Afət Fərmanqızı mayın 27-də Moskvadan Bakıya qayıdarkən hava limanında saxlanılmışdı. Müğənni ölkədə olmadığı üçün barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yarımçıq saxlanılmışdı.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5744
28
sfera.az

10Mənbələr