AZ

Dağ Yəhudilərinin İrsi Mərkəzində Qurtuluş və Nicat Gününə həsr edilən sərgi açılıb - FOTO

İyunun 2-də Qırmızı Qəsəbədə yerləşən Dağ Yəhudilərinin İrsi Mərkəzində yəhudi təqviminə əsasən İkinci Dünya müharibəsində nasist Almaniyası üzərində qələbənin və yəhudi xalqının məhv edilməkdən xilas olması rəmzini daşıyan Qurtuluş və Nicat Gününə həsr edilən sərgi təşkil olunub.

Tehsil.biz xəbər verir ki, tədbirdə əvvəlcə müharibə qurbanlarının xatirəsi yad edilib.

Açılış mərasimində Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İqor Şaulov və İsrailin Azərbaycandakı səfiri Corc Dik çıxış ediblər.

Çıxışlarda bu qanlı tarix haqqında məlumatların çatdırılmasının, o cümlədən müharibə qurbanlarının hər zaman dərin hörmət və ehtiramla yad edilməsinin vacibliyi vurğulanıb. Həmçinin bu sərginin ortaq tarixi bir daha xatırlamağa və insanları maarifləndirməyə töhfə verəcəyi bildirilib.

İlk dəfə təşkil olunan sərgidə ziyarətçilərə Dağ Yəhudiləri Muzeyinin fonduna dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər tərəfindən bağışlanan nadir eksponatlar nümayiş etdirilib, onlara muzeyin fəaliyyəti, icmanın mədəni irsinin qorunmasında və təbliğində oynadığı vacib rolu haqqında ətraflı məlumat verilib.

Sərgi ziyarətçilər üçün ay ərzində açıq olacaq.

Seçilən
194
4
tehsil.biz

10Mənbələr