AZ

Netanyahu: HƏMAS vaxtı uzadarsa, müharibəni bərpa edə bilərik

HƏMAS vaxtı uzadarsa, müharibəni bərpa edə bilərik.

“Report” “The News of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ölkə parlamentinin (knesset) Xarici işlər və müdafiə üzrə komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, hərbi kabinet HƏMAS-la sövdələşmə qarşılığın müharibənin başa çatmasına razılıq verməyib.

Baş nazir ABŞ Prezidenti Cozef Baydenin HƏMAS-a etdiyi təkliflərdən bəhs edərək, onun detalları açıqlamadığını bildirib: “Cozef Bayden mənzərənin bir qismini təqdim edib. Girovların qaytarılması üçün müharibəni dayandırmaq olar.Ancaq bundan sonra biz yenidən hər nəyi ölçüb-biçəcəyik”.

“Razılaşmanın birinci mərhələsi başa çatdıqdan sonra nə baş verəcək” sualını cavablandıran B.Netanyahu deyib ki, HƏMAS “vaxtı uzatsa” İsrail hərbi əməliyyatları bərpa etmək hüququnu özündə saxlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
6
report.az

10Mənbələr