AZ

Ledi Qaqanın yeni görüntüləri müzakirələrə səbəb oldu

Amerikalı müğənni Ledi Qaqa bacısının toyundan görüntüləri onun hamilə olması ilə bağlı şayiələrə səbəb olub.
Qeyd olunur ki, qarnı aydın görünən 38 yaşlı ulduz bacısı Natali Cermanottanın toyqabağı şam yeməyində, eləcə də şənbə günü toy mərasiminin özündə görüntülənib.
Bununla bağlı müvafiq fotolar dərc edilib. Belə ki, onlardan birində ifaçı axşam yeməyində qara don və dikdaban ayaqqabı geyinib.
Toyda isə Ledi Qaqa açıq şaftalı rəngli paltar geyinib, əlində sarı çiçəklər tutub. O, tədbirə sevgilisi, iş adamı Maykl Polanski ilə qatılıb. Bundan əlavə, müğənninin sol əlində brilyant üzük müşahidə edilib.
Mənbə: Gazeta.ru
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
20
oxu.az

10Mənbələr