AZ

SEPAH hərbi müşavirinin öldürülməsində onları günahlandırdı

“İsrail İranın hərbi müşaviri Səid Əbyarın ölümünə cavab verməlidir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Səlami açıqlayıb. 

O, bu həftənin əvvəlində İsrailin Hələb kənarında təşkil etdiyi hücumda öldürülən iranlı hərbi müşaviri Səid Əbyarın ölümü ilə bağlı başsağlığı verib:

“Uşaq öldürən sionist cinayətkarlar bilməlidirlər ki, tökülən qanların əvəzini onlar verəcəklər”. 

Səid Əbyarın dəfn mərasimi çərşənbə axşamı Tehranda keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
olke.az

10Mənbələr