AZ

Deputat müjdə verdi: Yeni iş yerləri açılacaq 

“Bizi ən çox narahat edən məsələlərdən biri də məşğulluqdur, iş yerlərinin olmamasıdır. İndi biz ayın 7-də Milli Məclisin plenar iclasında “Məşğulluq haqqında” qanuna dəyişiklik edəcəyik. Orada icbari tibbi sığortadan əlavə vəsait qalır. O vəsait əlavə iş yerlərinin açılmasına sərf ediləcək. Yəni hansı sahələrdə iş yerlərinin açılmasına ehtiyac varsa, vəsait ora yönləndiriləcək”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Vahid Əhmədov Müsavat TV-ın efirində səsləndirib. Deputat peşə təmayüllü sahələrdə daha çox hazırlıq işlərinin aparılacağını diqqətə çatdırıb: 

“Bu işlər hökumət tərəfindən müntəzəm aparılır. Biz də çalışırıq ki, bu məsələlər öz həllini tapsın. Amma konkret sahələr var. Bu sahələr də prioritet sahələr olduğu üçün vəsait əsasən o sahələrə ayrılacaq”, - deyə millət vəkili bildirib. 

Nazim Hacıyev 


Telegram kanalımız
Seçilən
150
40
yenisabah.az

10Mənbələr