AZ

Bakıda 5 nəfərin öldüyü zavodda TƏSİRLİ MƏNZƏRƏ - FOTO

Xəbər verdiyimiz kimi, iyunun 3-də ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində 5 işçinin ölümü ilə nəticələnən hadisə baş verib.

 

Sfera.az istinadən xəbər verir ki, zavodun inzibati binasının foyesində vəfat edən əməkdaşların xatirəsinə guşə yaradılıb. Xatirə guşəsində onların fotoları, əklillər və gül dəstələri qoyulub.

 

Qeyd edək ki, hadisə iyunun 3-də saat 17:00 radələrində baş verib. ASCO-nun "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib. Tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Yolçuyev Namik Əli oğlu həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.

 

Əraziyə FHN-in xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin - Səfərəliyev Tural Şabəddin oğlu, Şahbazov Orxan Zaur oğlu, Yolçuyev Namik Əli oğlu, Ağayev Teyyub Eyyub oğlu, Məmmədov Samid Abdulvahab oğlunun meyiti çıxarılıb.

Seçilən
115
43
sfera.az

10Mənbələr