AZ

Taliban Dostluq Oyunları üçün Rusiyaya gəlmək istəyir

Taliban hərəkatının nümayəndələri Rusiyada keçiriləcək Dostluq Oyunlarına Əfqanıstandan idmançılar göndərməyə hazır olduqlarını bəyan ediblər.

 

Oxu24.com xəbər verir  ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

“Biz də Dostluq Oyunlarında iştirak etmək istərdik”, -  Əfqanıstan Müvəqqəti Hökumətinin Əmək və Sosial Məsələlər Naziri  Əbdül Umari bildirib.

 

İyunun 1-də “Sport Express” yazıb ki, Dünya Dostluq Oyunları 2025-ci ilə təxirə salına bilər.

 

Onun sözlərinə görə, belə bir təşəbbüs Rusiya Federasiyasının ali rəhbərliyi ilə müzakirə olunur və yaxın vaxtlarda dəstək alacaq.

 

Qeyd olunub ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təzyiqi ilə bağlı deyil.

 

Dostluq Oyunlarının 2024-cü il sentyabrın 15-dən 29-dək Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılır. Dostluq Oyunlarının təşəbbüskarı və əlaqələndiricisi Beynəlxalq Dostluq Assosiasiyasıdır (İFA).

2022-ci il fevralın sonunda BOK beynəlxalq idman federasiyalarına müraciət edib və onlara Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib. Lakin dekabrda BOK Rusiya və Belarusun 2024-cü il Olimpiadasında neytral statusda iştirakına icazə verib. 2024-cü il Olimpiadası iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.

 

Nigar

Seçilən
203
30
oxu24.com

10Mənbələr