AZ

Azərbaycan millisi fasiləyə məğlub yollanıb - YENİLƏNİB - 1

Azərbaycan

Bakı, 7 iyun, AZƏRTAC

Albaniya və Azərbaycan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda birinci hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, Macarıstandakı "Haladaş" stadionunda baş tutan görüşün ilk hissəsindən sonra rəqib 1:0 hesabı ilə qalib gəlir.

İlk yarıdakı yeganə qolu 12-ci dəqiqədə rəqibin futbolçusu Nedim Bayrami vurub.

21:29

Albaniya və Azərbaycan yığmaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Macarıstandakı "Haladaş" stadionunda baş tutan görüşün 12-ci dəqiqəsində rəqibin futbolçusu Nedim Bayrami komandasını önə keçirib.

Matçda birinci hissə davam edir.

21:04

Beynəlxalq yoldaşlıq matçında Albaniya və Azərbaycan yığmaları arasında keçiriləcək oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, Macarıstandakı "Haladaş" stadionunda baş tutan görüş Bakı vaxtı ilə 21:00-da start götürüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
azertag.az

5Mənbələr