AZ

6 il sonra qızı olan Nicatın ata olmamışdan əvvəl təsirli çıxışı - VİDEO

Ötən gün ata olan aktyor Nicat Rəhimovun vaxtilə dediyi sözlər yenidən gündəmə gəlib.

Ölkə.Az xəbər verir ki, 6 ildir evli olan N.Rəhimov 4 ay əvvəl "Qapqara" verilişində valideyn olmaq barədə danışarkən bu sözləri demişdi:

"Allah mənə övlad qismət etsin, inşallah ki edəcək. Öz-özümdə fikirləşirəm ki, bəlkə də ən ideal ata olacağam".

Ötən gün isə N.Rəhimovun qız övladı doğulub.

N.Rəhimov ötən il də açıqlamalarının birində bu mövzuya toxunub. O, "Allaha şükür edirəm, olmamağına görə ki, hələ mənə o payı vermir, özü bilən məsləhətdir. O bilir, nə vaxt etmək lazımdır. Ona görə də hər dəfə şükür edirəm" söyləmişdi.

Xatırladaq ki, aktyor 2017-ci ildə Ülviyyə adlı xanımla ilə ailə qurub.

Ölkə.Az

Seçilən
678
3
olke.az

4Mənbələr