AZ

Azərbaycanın beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının ikinci günündə iki qızıl və üç bürünc medal qazanıblar.

 M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq) qızıl mükafat əldə edib.

Azər Fətullayev (81 kq) və Nizami Məmmədov (100 kq) bürünc medala sahib çıxıblar.

M4 yaş kateqoriyasında Emil Hüseynov qızıl (100 kq) Əli Əlibəyli (73 kq) isə bürünc mükafata yiyələniblər.

Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq) qızıl, Nazim Əliyev (90 kq) və Vahid Azərpur (66 kq) bürünc medal qazanıblar.


Seçilən
183
17
news365.az

10Mənbələr