AZ

TÜRK DÖVLƏTLƏRİ İÇƏRİSİNDƏ AZƏRBAYCANIN NÜFUZU VƏ HÖRMƏTİ BÖYÜKDÜR!



Eyni kökdən gələn, oxşar mədəniyyətə və milli-mənəvi dəyərlərə malik olan Türk xalqlarının və dövlətlərinin əlaqələrinin genişlənməsi üçün tarixi fürsətlər yaranıb. Bu prosesdə Azərbaycan özünün geniş imkanlarını təqdim etməklə və güclü siyasi iradə ortaya qoymaqla mühüm rol oynayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Qəbulda qonaqlar dəvətə görə təşəkkürlərini bildirərək respublikamızın Türk Dövlətləri Təşkilatının (TDT) funksionallığının artmasına, Türk birliyinin möhkəmlənməsinə mühüm töhfələr verdiyinə xüsusi diqqət çəkiblər. Qəbulda qeyd edildi ki, TÜRKPA-nın plenar iclasları Türk dünyasının birliyinin təzahürü olur. Türk dünyasının birləşməsi istiqamətində ölkələrimiz böyük səylər göstərirlər. Azərbaycan Respublikasıının Prezidenti cənab İlham Əliyev Türk dövlətləri ilə əlaqələrimizin prioritet istiqamət kimi müəyyən olunduğunu,  Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcəyini də xatırladaraq dedi ki, İldə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur.
Türk dövlətlərinin birlik və həmrəyliyinin möhkəmlənməsi üçün öndərliyini xidmətləri ilə əbədiləşdirən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla, müasir dövrün tələblərinə uyğun davam etdirən Prezident İlham Əliyevin xarici siyasətində TDT-yə üzv ölkələr arasında münasibətlərin gücləndirilməsi əsas prioritet kimi aktuallığını qoruyur. Bu birliyin sarsılmazlığı üçün Azərbaycanın yürütdüyü siyasətin uğurlarından söz açıan cənab Prezident İlham Əliyevin Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” sözləri bu TDT-nin məqsəd və məramının «tərcümeyi-halıdır.Hazırda Türk dünyasının sarsılmaz birliyi reallığa çevrilməklə, qlobal məsələlərin həllində iştirakı, məsələlərə təsiretmə imkanları təsdiqlənmiş və təkzibedilməz faktdır. Azərbaycan- Türkiyə strateji tərəfdaşlığı bu birliyə inteqrasiya prosesinin sadəcə iştirakçısı deyil, həm də inanılmış aparıcı qüvvədir. İki qardaş ölkənin birgə səyi ilə güc mərkəzinə çevrilən bu birlik sayəsində TDT regionda və dünyada cərəyan edən qlobal siyasi-iqtisadi proseslərə türk xalqlarının ortaq maraqları baxımından münasibət bildirir, İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verir, antitürk təxribatlara, dini radikalizmə qarşı mübarizə aparır. Türk dövlətlərinin müxtəlif təşkilatlar çərçivəsində əməkdaşlığının genişlənməsi İslam həmrəyliyini də gücləndirir. Bu birliyin gücləndirilməsində xüsusi rolu olan TÜRKPA-ya sədrliyi müddətində fəallığı ilə diqqət çəkən Azərbaycanın bölgədə yaratdığı yeniliklər, dünya siyasətinə təsiretmə imkanları yüksək qiymətləndirilir. Bu gün türk dövlətlərinin birliyi beynəlxalq aləmdə ciddi güc mərkəzi kimi qəbul olunur. Qardaş ölkələrin birgə fəaliyyəti, qəbul etdikləri qərarlar qlobal iqtisadi-siyasi proseslərə təsir edir, digər dövlətlər, təşkilatlar türk dövlətləri ilə əməkdaşlığa böyük maraq göstərirlər. Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrinin möhkəmləndirilməsi və genişləndirilməsində Türk Dövlətləri Təşkilatının, o cümlədən TÜRKPA-nın rolu böyükdür.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev




Seçilən
107
12
aia.az

10Mənbələr