AZ

Kiyevin Rusiyadakı hədəflərə zərbə endirmək hüququ var - Baş katib

Ukrayna özünü müdafiə etmək üçün Rusiya ərazisindəki hərbi obyektlərə hücum etmək hüququna malikdir. 

Ölkə.Az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq İsveçrədə bəyan edib.

“Ukraynanın özünümüdafiə hüququ var. Özünümüdafiə hüququna hücum edən tərəfin, yəni təcavüzkarın, bu halda Rusiyanın ərazisindəki qanuni hərbi hədəflərə zərbə endirmək hüququ da daxildir”, - Stoltonberq deyib.

O əlavə edib ki, bu baxımdan da Ukraynanın Rusiya ərazisindəki hədəflərə zərbə endirmək hüququ olduğuna şübhə yoxdur.

Mürtəza

Ölkə.Az

Seçilən
107
6
seherxeber.org

10Mənbələr