AZ

Faktiki hava: Bəzi bölgələrdə şimşək çaxır, arabir leysan yağır

İyunun 8-də saat 17:00-a olan məlumata əsasən, Tovuz, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Balakən, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Altıağac, Quba, Qrız, Şahdağ, Qusar, Ceyrançöl, Xaltanda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Qrız, Şahdağda duman müşahidə olunur.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32°, Naxçıvan Muxtar Respublikasında 32°, Aran rayonlarında 34°, dağlıq rayonlarda 17°-dək isti olub.

Seçilən
143
37
sia.az

10Mənbələr