AZ

"Qalatasaray"ın yeni transferini "Fənərbağça"nın baş məşqçisi açıqladı

"Fənərbağça"nın yeni baş məşqçisi Joze Mourinyo "Qalatasaray"ın ulduz futbolçunu heyətinə qatmaq üzrə olduğunu açıqlayıb.
RTP Portuqaliya telekanalına müsahibə verən Mourinyo "Rafa Silva "Fənərbağça"ya gələcəkmi?" - sualını cavablandırıb.
Portuqaliyalı çalışdırıcı "Rafa Silva əla oyunçudur, amma eşitdim ki, o, "Qalatasaray"a transfer olmaq üzrədir", - deyə bildirib.
Əslində Rafa Silva Səudiyyə Ərəbistanı komandalarından olan "Əl Şabab"a transfer olunmalı idi. Lakin Səudiyyə Ərəbistanı hökumətinin futbol fondu lazımi vəsaiti ayırmadıqdan sonra danışıqlar nəticəsiz qalıb və futbolçunun Türkiyəyə gəlmə ehtimalı artıb.
Qeyd edək ki, Rafa Silva 2016-cı ildə "Benfika" ilə müqavilə imzalayıb. Onun müqaviləsi iyulun 1-də başa çatacaq və portuqaliyalı futbolçu sərbəst qalacaq.
Mənbə: Haber Global
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
46
oxu.az

10Mənbələr