AZ

Qətər və Misir HƏMAS-ı HƏDƏLƏDİ

Qətər və Misir Fələstinin radikal HƏMAS hərəkatının liderlərini Qəzza zolağında atəşkəs təklifi ilə razılaşmasalar, aktivlərini donduracaqları və Dohadan qovacaqları ilə hədələyiblər.

Modern.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, vasitəçilər bu təhdidi HƏMAS-ı razılaşmaya razı salmaq üçün yol axtaran ABŞ Prezidenti Cozef Baydenin administrasiyasının göstərişi ilə ediblər.

Nəşr qeyd edib ki, Baydenə müharibə ətrafında gedən siyasi burulğan kontekstində sövdələşmə lazımdır.

“Bu cür təhdidlər arzu olunan effektin əksini verir. Fələstin hərəkatı onların şərtlərinə uyğun gəlməyən sövdələşmə ilə razılaşmayacağını bildirib”, - deyə məqalədə vurğulanıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden İsrail və HƏMAS arasında mümkün razılaşmanın detallarını açıqlayıb.

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
cebheinfo.az

10Mənbələr