AZ

AÇ-2024: Gürcüstanın yekun heyəti bilindi

Futbol üzrə Gürcüstan yığma komandasının qarşıdakı Avropa çempionatında (AÇ-2024) iştirak edəcək yekun heyəti açıqlanıb.

Arena.az bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.

Fransadan olan baş məşqçi Villi Sanyol Gürcüstan milli komandasına 26 futbolçu çağırıb.

Milliyə dəvət alanlar arasında Azərbaycan çempionu “Qarabağ”ın formasını geyinən qapıçı Luka Quqeşaşvili də var.

Qapıçılar: Georgi Mamardaşvili (“Valensiya”, İspaniya), Georgi Loriya (“Dinamo”, Tiflis), Luka Quqeşaşvili (“Qarabağ”, Azərbaycan);

Müdafiəçilər: Solomon Kverkveliya (“Əl-Oxdud”, Səudiyyə Ərəbistanı), Georgi Qvelesiani (“Persepolis”, İran), Quram Kaşiya (“Slovan”, Slovakiya), Cemal Tabidze (“Penetolikos”, Yunanıstan), Laşa Dvali (APOEL, Kipr), Luka Loçoşvili (“Seremones”, İtaliya), Otar Kakabadze (“Krakoviya”, Polşa), Georgi Qoçoleişvili (“Şaxtyor”, Donetsk, Ukrayna);

Yarımmüdafiəçilər: Nika Kvekveskiri (“Lex”, Polşa), Georgi Çakvetadze (“Dinamo”, Batumi), Anzor Mekvabişvili (“Krayova”, Polşa), Qabriel Siquya (“Bazel”, İsveçrə), Otar Kiteişvili (“Şturm”, Avstriya), Georgi Kokoraşvili (“Levante”, İspaniya), Levan Şengeliya (“Panetolikos”, Yunanıstan), Sandro Altunaşvili (“Volfsburq”, Almaniya), Saba Lobjanidze (“Atlanta Yunayted”, ABŞ), Georgi Çitaişvili (“Dinamo”, Batumi);

Hücumçular: Budu Zivzivadze (“Karlsrue”, Almaniya), Georgi Mikutadze (“Mets”, Fransa), Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya), Zuriko Davitaşvili (“Bordo”, Fransa), Georgi Kvilitaiya (APOEL, Kipr)

Qeyd edək ki, iyunun 14-də Almaniyada başlayacaq AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq.

Gürcüstan yığması “F” qrupunda Çexiya, Türkiyə və Portuqaliya yığmaları ilə mübarizə aparacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
9
arena.az

10Mənbələr