AZ

65 yaşlı müğənni sevgili axtarışına çıxdı – FOTO

Bir müddət əvvəl sevgilisi Coş Popperdən ayrılan 65 yaşlı müğənni Madonna eşq axtarışına çıxıb.

Medianews.az axşam.az-a istinadla xəbər verir ki, ifaçının özündən 31 yaş kiçik boksçu ilə sevgili olduğu iddia edilirdi. Amma Madonna xəbərləri yalanlayıb.

Müğənni hələ də özünə yeni sevgili tapmayıb. Və bunun üçün o, kastinq keçirtmək qərarına gəlib. “Life&Style” xəbər verir ki, müğənni indi sevgilisi rolu üçün bir növ kastinq mərhələsindədir. Tələblər klassikdir: Madonnanın kişisi seksual, atletik, ehtiraslı, gülməli, ən əsası isə onların arasında qığılcım hiss etməlidir.

Məlum olub ki, məşhur uzun müddətdir belə birini axtarır. Rejissor Gay Riçi ilə ayrıldıqdan sonra o, ürək məsələlərinə görə bir daha əziyyət çəkməyəcəyinə özünə söz verib. Madonnanın seçdiyi adamdan gizlilik müqaviləsi və bir neçə başqa sənəd imzalaması tələb olunacaq. Sənətçi oğlanı tərk etmək qərarına gəlsə, onu sadəcə tərk etməyəcək. Onlara vida paketi də bağışlayacağı bildirilib.

İddialar arasında fransalı müğənni Erik Labatın şansının ən yüksək olduğu deyilib. Hər şey yoluna düşsə, o, Madonnanın yeni sevgilisi olacaq.

Seçilən
105
3
medianews.az

4Mənbələr