Qadınlardan ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində ikinci oyununa çıxıb. Matc.az xəbər verir ki, yığma Lüksemburq seçməsi ilə üz-üzə gəlib. Komandamız rəqibini 21:8 hesabı ilə məğlub edərək qrup lideri kimi yarımfinala vəsiqə qazanıb. Yığmamız daha əvvəl Maltadan üstün olub - 17:14 Qeyd edək ki, yığma daha əvvəl Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta